Məlumatlarınızı və endpoint-lərinizi öz infrastrukturunuzda qoruyun
Intravex həssas məlumatların sızmasının qarşısını alır, zəiflikləri prioritetləşdirir, audit üçün sübut toplayır və hər cihazı görünən edir. Hər məhsul ayrıca alınır və internet bağlantısı olmadan işləyir.
| Vaxt | Kanal | Fayl və istifadəçi | Aşkarlanıb | Nəticə |
|---|---|---|---|---|
| 09:41 | USB | maas_cedveli_2026.xlsxaysel@hr-pc-01 | FİN ×312 | Bloklandı |
| 09:38 | chat.openai.com | paste, 4 sətirmurad@fin-pc-07 | IBAN ×4 | Bloklandı |
| 09:31 | OneDrive | muqavile_2026.pdfleyla@legal-03 | VÖEN ×2 | Audit |
| 09:22 | Outlook | musteri_siyahisi.csvkamran@sales-12 | Kart ×85 | Karantin |
| 09:15 | Çap | pasport_skan.jpgnigar@fin-pc-02 | Pasport ×1 | Audit |
| CVE | Paket | KEV | EPSS | Prioritet | Status |
|---|---|---|---|---|---|
| CVE-2021-44228 | log4j-core 2.14.1 | KEV | 97% | 98 | Açıq |
| CVE-2024-6387 | openssh 8.9p1 | — | 41% | 84 | Açıq |
| CVE-2023-4863 | libwebp 1.3.1 | KEV | 88% | 79 | Açıq |
| CVE-2023-44487 | nginx 1.22.1 | KEV | 79% | 66 | Açıq |
| CVE-2022-22965 | spring-beans 5.3.17 | KEV | 97% | 61 | Açıq |
| CVE-2023-38545 | curl 8.3.0 | — | 12% | 38 | Açıq |
- ISO/IEC 27001:202278%73 / 93 keçdi
- CIS Controls v871%109 / 153 keçdi
- NIST CSF 2.066%70 / 106 keçdi
- Yerli tələblər83%48 / 58 keçdi
- A.8.24Kriptoqrafiyadan istifadə118 / 120 host
- CIS 7.3OS patch-lərinin avtomatik quraşdırılması87%
- A.5.1İnformasiya təhlükəsizliyi siyasəti, baxışa 12 gün qalıbAttestation
- fin-pc-12Yeni lokal admin: tmp_admin3 dəq
- web-srv-033389 portu açıldı6 dəq
- hr-lap-07Quraşdırıldı: AnyDesk 8.09 dəq
- 10.0.4.57Agentsiz yeni cihaz: printer12 dəq
| Cihaz | macOS | FileVault | Status |
|---|---|---|---|
| MBP-CEO-01 | 15.1 | On | Uyğundur |
| MBA-FIN-07 | 14.7 | On | Update gözləyir |
| MBA-HR-02 | 13.6 | Off | FileVault söndürülüb |
| MBP-DES-03 | 15.1 | On | Uyğundur |
| MBP-DEV-11 | 15.0 | On | Uyğundur |
| MBA-LEG-04 | 15.1 | On | Uyğundur |
Nümunə məlumatlar. Adlar və rəqəmlər uydurmadır.
Məhsullarımız
Hər məhsulun öz agenti və öz lisenziyası var. Yeni məhsul əlavə etmək üçün yalnız lisenziya faylını yeniləmək kifayətdir.
Həssas məlumatların sızmasının qarşısını alın
FİN, VÖEN, IBAN, kart nömrələri və credential-lar kimi həssas məlumatları tapır, onların USB, cloud, brauzer, e-poçt və çap vasitəsilə çıxarılmasını bloklayır.
- FİN, VÖEN və AZ IBAN detector-ları hazırdır
- ChatGPT və digər AI xidmətlərinə göndərilən məlumatlara nəzarət
- Şəkillər və skan edilmiş sənədlər üçün daxili OCR

Əvvəlcə ən təhlükəli zəiflikləri bağlayın
SBOM, CISA KEV və EPSS əsasında izah olunan prioritet, patch management və hər düzəlişin növbəti scan ilə təsdiqlənməsi.
- Offline CVE bazası
- Windows, Linux, macOS agentləri və agentsiz scan
- Zəiflik yalnız scan təsdiqlədikdə bağlanır

Audit üçün sübutları avtomatik toplayın
Mərkəzi Bankın informasiya təhlükəsizliyi tələbləri, ISO/IEC 27001:2022, CIS v8 və NIST CSF 2.0. Endpoint-lərdən avtomatik sübut, attestation və Statement of Applicability.
- Mərkəzi Bank tələbləri və ISO 27001 bir yerdə
- Texniki kontrollar avtomatik yoxlanılır
- SoA bir kliklə PDF formatında

Hər endpoint-i və hər dəyişikliyi görün
Hardware, software, şəbəkə, istifadəçi hesabları, məsul şəxs və departament. Dəyişikliklər hər 30 saniyədən bir izlənir, idarə olunmayan cihazlar aşkarlanır.
- Dəyişikliklər 30 saniyə ərzində görünür
- Dəstəyi bitən OS-lərin qrafiki
- Active Directory-dən aşkarlama

Mac cihazlarını mərkəzdən idarə edin
macOS cihazlarını bir konsoldan qoşun, konfiqurasiya edin və qoruyun: FileVault, firewall, update-lər, proqramlar və uzaqdan kilidləmə.
- FileVault, SIP və Gatekeeper nəzarəti
- Apple update-lərinin mərkəzdən idarəsi
- Intel və Apple silicon dəstəyi
| Cihaz | macOS | FileVault | Status |
|---|---|---|---|
| MBP-CEO-01 | 15.1 | On | Uyğundur |
| MBA-FIN-07 | 14.7 | On | Update gözləyir |
| MBA-HR-02 | 13.6 | Off | FileVault söndürülüb |
| MBP-DES-03 | 15.1 | On | Uyğundur |
| MBP-DEV-11 | 15.0 | On | Uyğundur |
| MBA-LEG-04 | 15.1 | On | Uyğundur |
Sizin serverlərinizdə, internet olmadan da işləyir
Server bir paket kimi sizin infrastrukturunuzda quraşdırılır. Hər məhsulun öz agenti var və agentlər yalnız çıxan HTTPS bağlantısı açır.
yalnız çıxan
Intravex server, sizin data mərkəzinizdə
Necə başlayırıq
- 1
Demo
Sizə aid məhsulların 30 dəqiqəlik canlı nümayişi və suallarınıza cavablar.
- 2
Pilot layihə
Sizin mühitinizdə, məhdud sayda endpoint üzərində. Nəticələri rəqəmlərlə görürsünüz.
- 3
Tətbiq
MSI, deb, rpm və pkg paketləri mövcud paylama alətləriniz vasitəsilə yayılır.
- 4
Dəstək və təlim
Yerli komanda və Intravex Akademiya.
Tez-tez verilən suallar
Məlumatlarımız cloud-a göndərilirmi?
Xeyr. Intravex tam on-premise işləyir. AI funksiyalarından istifadə etsəniz, lokal model seçə bilərsiniz. Xarici model seçildikdə isə host adları və fayl yolları əvvəlcə maskalanır.
Yalnız bir məhsul almaq olarmı?
Bəli. Hər məhsul ayrıca lisenziyalanır və öz agenti ilə gəlir. Sonradan yeni məhsul əlavə etmək üçün yeni lisenziya faylı kifayətdir.
Hansı əməliyyat sistemləri dəstəklənir?
Bu, məhsuldan asılıdır: VM agenti Windows, Linux və macOS-da, DLP agenti Windows və macOS-da işləyir, MDM isə macOS üçündür. Agent quraşdırıla bilməyən hostlar SSH və WinRM ilə skan edilir.
Lisenziya necə işləyir?
Sizə lisenziya faylı verilir: məhsullar, endpoint sayı və müddət. Fayl quraşdırıldıqdan dərhal sonra məhsullar aktivləşir.
Mərkəzi Bankın tələblərinə uyğunluqda necə kömək edir?
Aktivlərin inventarını Asset Manager, məlumatların təsnifatını və sızmaya nəzarəti DLP, zəifliklərin idarə edilməsini VM, Mac cihazlarının konfiqurasiyasını MDM əhatə edir. GRC isə tələbləri framework kimi izləyir və sübutu yoxlama üçün hazır saxlayır.
Mövcud SIEM və kataloq sistemimizlə işləyirmi?
Bəli. SSO (OIDC, SAML), LDAP və Active Directory, API açarları, HMAC ilə imzalanmış webhook-lar və DLP hadisələrinin SIEM-ə ixracı dəstəklənir.
Intravex-i öz mühitinizdə sınayın
30 dəqiqəlik demodan sonra pilot layihəni sizin infrastrukturunuzda birlikdə qururuq.