Məhsullar

Intravex DLPData Loss PreventionIntravex VMVulnerability ManagementIntravex GRCGovernance, Risk & ComplianceIntravex Asset ManagerAsset ManagementIntravex MDMMac Device Management

INTRAVEX

Həllər Mərkəzi Bank tələbləri Platforma Akademiya Əlaqə
AZEN
Demo tələb et
Qərar № 14/2, 28 mart 2024

Mərkəzi Bankın tələblərinə Intravex ilə cavab verin

Mərkəzi Bankın informasiya təhlükəsizliyi tələbləri endpoint səviyyəsində konkret texniki nəzarət gözləyir. Intravex bu nəzarəti sizin infrastrukturunuzda qurur və hər tələb üzrə sübutu yoxlamaya hazır saxlayır.

Kimlərə aiddir

  • Banklar və xarici bankların yerli filialları
  • Sığorta şirkətləri
  • Ödəniş və elektron pul təşkilatları
  • Kredit büroları və mərkəzi depozitar
  • Qiymətli kağızlar bazarının lisenziatları və investisiya fondları
  • Bank olmayan kredit təşkilatları

Tələb və məhsul

Tələblərin endpoint və məlumatlarla bağlı hissəsi və onları əhatə edən Intravex məhsulu.

№TələbMəhsulIntravex nə edir
4.6.1İnformasiya aktivlərinin müəyyən edilməsi və inventarıIntravex Asset ManagerHər endpoint üçün daim yenilənən pasport: hardware, software, məsul şəxs, departament.
4.6.5–4.6.6Informasiyanın təsnifatı və label-larla işarələnməsiIntravex DLPFayllar dörd səviyyədə avtomatik təsnif edilir, label faylın bütün surətlərinə ötürülür.
7.21İnformasiya sızıntısının qarşısının alınmasıIntravex DLPUSB, cloud, brauzer, AI xidmətləri, e-poçt və çap kanallarında policy və incident-lər.
7.18Texniki zəifliklərin monitorinqi və update-lərin idarə edilməsiIntravex VMReal riskə görə prioritet, patch management və hər düzəlişin scan ilə təsdiqi.
7.1Son istifadəçi cihazlarının təhlükəsiz konfiqurasiyası və şifrələnməsiIntravex MDMMac-lərdə FileVault, firewall və update-lər; bütün endpoint-lərdə GRC hardening yoxlamaları.
7.9Hadisə log-ları: ən azı bir il saxlanma, dəyişdirilmədən qorunmaIntravex platformasıHər əməliyyat SHA-256 ilə zəncirlənmiş audit log-a yazılır, dəyişiklik və silinmə aşkarlanır.
Bölmə 3İnformasiya təhlükəsizliyinin idarəetmə sistemi və tələblərə uyğunluğun izlənməsiIntravex GRCTələblər GRC-də framework kimi: texniki kontrollar avtomatik yoxlanılır, qalanları attestation ilə təsdiqlənir.

Intravex tələblərin texniki hissəsini əhatə edir. Təşkilati tədbirlər, kənar pentest və Mərkəzi Banka hesabatların təqdim edilməsi təşkilatın öz məsuliyyətində qalır. Rəsmi mətn: cbar.az.

Niyə maliyyə təşkilatları üçün uyğundur

Məlumatlar bankdan çıxmır

Server və bütün analiz sizin data mərkəzinizdə işləyir, xarici cloud xidməti yoxdur.

İzolə edilmiş şəbəkələrdə

CVE bazası daxil olmaqla hər şey internet bağlantısı olmadan işləyir.

İkinci administratorun təsdiqi

Kritik əməliyyatlar ikinci administratorun təsdiqini gözləyir.

Yoxlamaya hazır sübut

Hər tələb üzrə hesabat, attestation və audit izi PDF formatında.

Mərkəzi Bank tələbləri üzrə demo

Təşkilatınız üçün tələbləri məhsullarla birlikdə nəzərdən keçirək və pilot layihəni planlaşdıraq.