Həssas məlumatların sızmasının qarşısını alın
Intravex DLP hər endpoint-də hansı həssas məlumatların saxlandığını müəyyən edir, faylları dörd səviyyədə təsnif edir və USB, cloud, brauzer, e-poçt və çap kanallarında policy tətbiq edir. FİN, VÖEN və AZ IBAN üçün detector-lar quraşdırmadan dərhal sonra işləyir.
| Vaxt | Kanal | Fayl və istifadəçi | Aşkarlanıb | Nəticə |
|---|---|---|---|---|
| 09:41 | USB | maas_cedveli_2026.xlsxaysel@hr-pc-01 | FİN ×312 | Bloklandı |
| 09:38 | chat.openai.com | paste, 4 sətirmurad@fin-pc-07 | IBAN ×4 | Bloklandı |
| 09:31 | OneDrive | muqavile_2026.pdfleyla@legal-03 | VÖEN ×2 | Audit |
| 09:22 | Outlook | musteri_siyahisi.csvkamran@sales-12 | Kart ×85 | Karantin |
| 09:15 | Çap | pasport_skan.jpgnigar@fin-pc-02 | Pasport ×1 | Audit |
Nümunə məlumatlar. Adlar və rəqəmlər uydurmadır.
İmkanlar
Data discovery və təsnifat
Fayllar Public, Internal, Confidential və Restricted səviyyələrinə bölünür. Data map hansı hostda nə qədər həssas məlumat olduğunu göstərir.
USB, cloud və şəbəkə qovluqları
Həssas fayl USB yaddaşa, OneDrive və ya Dropbox qovluğuna, yaxud şəbəkə qovluğuna kopyalandıqda karantinə alınır və incident yaradılır.
Brauzer və AI xidmətləri
Chrome və Edge üçün extension fayl yükləmələrini, drag and drop və paste əməliyyatlarını məlumat sayta çatmadan yoxlayır.
E-poçt və çap
Outlook guard həssas əlavələri göndərilməzdən əvvəl yoxlayır. Çap kanalı da eyni policy ilə idarə olunur.
Label-lar və policy simulator
Təsnifat label-ı faylın bütün surətlərinə ötürülür. Simulator qaydanı tətbiq etməzdən əvvəl onun nəticəsini göstərir.
Səbəb göstərilməklə açılan sübut
Incident-də aşkar edilən dəyərlər maskalanır. Analitik onları yalnız yazılı səbəb göstərərək aça bilər və bu əməliyyat audit log-a yazılır.
Necə işləyir
- 1
Aşkarlama
Agent qovluqları skan edir və həssas məlumatları tapır.
- 2
Təsnifat
Hər fayla dörd səviyyədən biri və label verilir.
- 3
Nəzarət
Hər kanal üçün policy: allow, audit, block, quarantine.
- 4
Araşdırma
Incident, maskalanmış sübut və SIEM-ə ixrac.
Konsoldan görüntü

Texniki göstəricilər
| Agent | Intravex DLP agent: Windows (MSI, service), macOS (pkg) |
|---|---|
| Kanallar | USB, cloud sinxronizasiya qovluqları, şəbəkə qovluqları, Chrome və Edge, Outlook, çap |
| Məlumat tipləri | FİN, VÖEN, IBAN, kart nömrələri, pasport, credential və secret-lər, tibbi və əmək haqqı məlumatları, xüsusi detector-lar |
| Formatlar | PDF, Office, arxivlər, şəkillər (daxili OCR) |
| İnteqrasiya | SIEM-ə ixrac, imzalı webhook, API |
| Hesabatlar | DLP incidents, Data discovery |
Tez-tez verilən suallar
DLP faylları cloud-a göndərirmi?
Xeyr. Məzmun analizi və OCR endpoint-də aparılır. Serverə yalnız nəticə və lazım olan sübut göndərilir, server isə sizin infrastrukturunuzda yerləşir.
macOS dəstəklənirmi?
Bəli. DLP agenti Windows və macOS üçündür, hər ikisi eyni konsoldan və eyni policy-lərlə idarə olunur.
DLP-ni digər məhsullar olmadan almaq olarmı?
Bəli. DLP ayrıca lisenziyalanır və öz agenti ilə gəlir.
Intravex-i öz mühitinizdə sınayın
30 dəqiqəlik demodan sonra pilot layihəni sizin infrastrukturunuzda birlikdə qururuq.